YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Lider Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Göygöl rayonunda gənclərlə, o cümlədən idmançılarla, eləcə də rayonun Azşağı Zurnabad qəsəbəsində və Gəncə kəndində seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, təşviqat qrupunun üzvləri Hamlet Ömərov və Ofelya Rəhimova çıxış ediblər. Çıxışçılar bildiriblər ki, qalib Lider İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır.

Seçicilər yeganə seçimlərinin cənab İlham Əliyevin olacağını bəyan edərək onun rəhbərliyi altında Azərbaycan xalqının yeni-yeni zəfərlərə imza atması üçün mübarizə aparmağa hər an hazır olduqlarını diqqətə çatdırıblar.

Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv