YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq qalib Liderinə sadiq qalacaq!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Şirvan şəhərinin Bayramlı qəsəbəsi və Xəqani küçəsində yaşayan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, təşviqat qrupunun üzvləri Valeh Xudaverdiyev, Aynur İbrahimova və Elçin Məlikov çıxış ediblər.

Natiqlər vurğulayıblar ki, dövlət başçısının 20 illik fəaliyyəti dövründə Azərbaycan bütün istiqamətlərdə qazandığı böyük uğurlarla dünya dövlətləri arasında layiqli yer tutub. Qarşıda yeni hədəflərin olduğunu deyən təşviqat qrupunun üzvləri əminliklə söyləyiblər ki, cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycan daha güclü və qüdrətli dövlətə çevriləcək.

Seçicilər də öz növbəsində qarşıdakı prezident seçkilərində məhz cənab İlham Əliyevə etimad göstərəcəklərini bəyan ediblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv