YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Göyçaylılar qalib Liderlə qürur duyurlar”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Göyçay  rayonunun Müskürlü, Qəbələ-müskürlü, Yeniarx, Xəlitli, Hacıağabəyli   kəndlərində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılov, şəhid atası Akif Kərimov, təşviqat qrupunun üzvü Adil Məmmədov çıxış ediblər.

Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə Azərbaycanın dinamik və davamlı inkişaf tarixindən, xalqın xoşbəxt və firavan həyatını təmin edən bütün istiqamətlərdə, o cümlədən sosial-iqtisadi sahədə həyata keçirilmiş islahatlardan danışıb, seçiciləri fevralın 7-də seçki məntəqələrinə gedərək hər zaman xalqın yanında olan qalib Liderə səs verməyə dəvət ediblər.