YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Mərkəzi Aparatında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev ilə görüş keçirilib

Yanvarın 27-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayevin anadan olmasının 55-ci ildönümü münasibətilə görüş keçirilib.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Alqış Musayevi doğum günü münasibətilə təbrik edib.

Tahir Budaqov bildirib ki, Alqış Musayev hər zaman Ümummilli Lider Heydər Əliyevin ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyəti ilə fərqlənib. O, uzun müddət “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü və II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib və öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.

Diqqətə çatdırılıb ki, A.Musayev bu gün də “Yeni Azərbaycan” qəzetinin baş redaktoru və Mətbuat Şurasının İdarə Heyətinin üzvü kimi Azərbaycan jurnalistikasının inkişafına, sağlam ictimai rəyin formalaşmasına, milli-mənəvi dəyərlərin və dövlətçilik maraqlarının qorunmasına töhfələr verir: “Məhsuldar fəaliyyətiniz daim yüksək qiymətləndirilib. Bir sıra mükafatlara layiq görülməyiniz, xüsusilə də Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2005-ci ildə “Tərəqqi” medalı, 2022-ci ildə isə “Əməkdar jurnalist” fəxri adı ilə təltif olunmağınız əməyinizə verilən yüksək dəyərin bariz nümunəsidir”.

Göstərilən diqqətə və ünvanına söylənilən xoş sözlərə görə təşəkkürünü bildirən Alqış Musayev Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyalarının, Prezident İlham Əliyevin Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəldən məqsədyönlü siyasətinin və Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətinin yorulmaz təbliğatçısı olmaqdan qürur duyduğunu bildirib. O, bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.