YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev siyasətinin davamına səs verək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Şahbuz rayonunda qadın seçicilərlə görüş keçirilib.

Tədbirlərin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda həlak olan qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədov, partiyanın Mərkəzi Təşviqat Qrupunun üzvü, Milli Məclisin deputatı Cəbi Quliyev, təşviqat qrupunun üzvləri Əyyub Quliyev, Arif Həşimov və Səadət Abdinova çıxış ediblər.

Çıxışlarda  bildirilib ki, son 20 ildə Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkə iqtisadiyyatı dönməz inkişaf yolu tutub. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Azərbaycan bütün sahələrdə Cənubi Qafqazın lider dövlətinə çevrilib. Qeyd olunub ki, qarşıdan gələn prezident seçkilərinin ölkəmizin bütün ərazilərində keçirilməsi əlamətdar bir hadisədir.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbirlərin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.