YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xoşbəxt gələcək üçün!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Səbail rayonunda yaşayan seçicilərlə növbəti görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP Veteranlar Şurasının üzvləri Əli Həsənov və Şahlar Əsgərov, təşviqat qrupunun üzvləri Əhliman Qarayev, Hüseyn Hüseynov, Nicat Hüseynov, Vüqar Sərdarov, Elnur Mirzəyev, Elza Bağırzadə, Təranə Kərimova və Günel Hacıyeva çıxış ediblər. Natiqlər diqqəti Prezident İlham Əliyevin son 20 ildə gördüyü işlərə yönəldib, seçiciləri 7 fevral seçkilərində qalib Liderə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər isə Azərbaycana uğurla rəhbərlik edən Lider İlham Əliyevi dəstəkləyəcəklərini deyiblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, təşviqat qrupunun üzvləri “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq 8-ci Badamdar, Mikayıl Useynov və Arif İsmayılov küçələrində məhəlli və fərdi görüşlər də keçiriblər.