YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni reallıqlar yaradan Lider

Samux rayonunda seçicilərlə görüşlər davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Samux  rayonunun Poylu, Qarabağlı, Salahlı və Kəsəmən kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, təşviqat qrupunun üzvləri Sevinc Xəlilova, Tahir Bağırov, Namiq Cəfərov, Məhəbbət Həsənova, Rəhim Məmmədov, İlahə Qurbanova və Fidayıl Əliyev çıxış ediblər. Çıxış edənlər Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə ölkəmizin qazandığı uğurlardan bəhs ediblər. Vurğulanıb ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası Azərbaycanda taleyüklü məsələlərin həllində müstəsna rol oynayır.

Natiqlər tariximizə qızıl hərflərlə yazılacaq şanlı Zəfəri bizə yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin alternativsiz Lider olduğunu deyib, rayon sakinlərini prezident seçkilərində qalib Liderə səs verməyə çağırıblar.

Seçicilər isə fevralın 7-də qalib Lider, xalqımıza Zəfəri bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs  verəcəklərini qeyd ediblər. 

DİGƏR Xəbərlər Arxiv