YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın qəhrəmanı!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Sabirabad rayonunun Axısxa, Qaraqaşlı, Quruzma, Qəzli, Yenikənd və Kovlar  kəndindən olan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, təşviqat qrupunun üzvləri Mirzəcan Xəlilov Xanoğlan Əsgərov, Telman Qurbanov, Tursun Əzizov, Faiq Hüseynov, Ərzuman Babaşov və Nicat Əliyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan xalqı 20 il öncə cənab İlham Əliyevi Prezident seçməklə, ölkədə Heydər Əliyev siyasətinə alternativin olmadığını göstərdi. Cənab İlham Əliyevin Prezident kimi Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində ölkəmizdə bütün sahələrdə sürətli inkişafa nail olunub. Ölkəmizin siyasi, iqtisadi imkanları genişlənib, beynəlxalq arenadakı mövqeləri möhkəmlənib və ən əsası Azərbaycanın 30 il əvvəl pozulan ərazi bütövlüyü və suverenliyi bərpa edilib.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də daha layiqli gələcək üçün Müzəffər Ali Baş Komandana səs verəcəklərini bəyan ediblər.

Qeyd edək ki, həmin gün Sabirabad şəhərində seçicilərlə fərdi görüşlər də  keçirilib.

DİGƏR Xəbərlər Arxiv