YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gücümüz birliyimizdədir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Ordubad rayonunun Sabirkənd və Gilançay  kəndlərində seçicilərlə görüş keçirilib.

Əvvəlcə görüşlərdə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad  edilib.

Görüşdə YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov, təşviqat qrupunun üzvləri Bağır İsgəndərov, Zahid Sadıqlı, Mahir Şıxəliyev və digərləri çıxış ediblər. Qeyd edilib ki, ölkəmizin ən böyük və aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası Zəfər seçkisi adlandırılan bu seçkilərdə qalib Lider İlham Əliyevin namizədliyini irəli sürüb.

Bildirilib ki, Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycan dünyada qüdrətli dövlət kimi böyük nüfuz qazanıb. Ölkəmizin suverenliyinin tam bərpası qalib Liderin rəhbərliyi ilə qazanılan möhtəşəm Qələbədir.

Görüşlərin sonunda qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv