YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçicilər yekdilliklə qalib Liderə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Xaçmaz rayonunda seçicilərlə görüş keçirilib.

Rayonun İstisu qəsəbəsi və Ləcət kənd seçiciləri ilə keçirilən görüşlərdə YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, təşviqat qrupunun üzvləri Nazim Ağayev və Vüsal İskəndərov çıxış edib. Qeyd olunub ki, YAP bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Natiqlər seçiciləri fevralın 7-də məntəqələrə gedərək ölkəmizi parlaq gələcəyə aparan qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Həmçinin, yanvarın 26-da Xaçmaz şəhəri N.Nərimanov küçəsində, “Ariz” yaşayış kompleksində və Ləcət kəndində yaşayan seçicilərlə  məhəlli görüşlər də keçirilib.

DİGƏR Xəbərlər Arxiv