YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Davamlı inkişaf üçün...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Oğuz rayonunun Sincan, Tərkəş, Mollalı və Dəymədağlı kənd seçiciləri ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, təşviqat qrupunun üzvləri Ceyhun Kərimov, Ceyhun Məcidov, Əbülfət Əsgərov, Rövşən Nurəliyev, Vaqif Səbzəliyev, şəhid atası Arif Məmmədov, Vətən müharibəsi iştirakçısı Sənan Rəşidli çıxış ediblər.

Bildirilib ki, xalqımız üçün böyük əhəmiyyət kəsb edən hadisələrdən biri də 7 fevral tarixində keçiriləcək prezident seçkiləridir. Natiqlər YAP tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursu, həmçinin dövlətimizin suverenliyinin əldə olunması, qazanılan tarixi Zəfər barədə danışıblar. Təşviqat qrupunun üzvləri son illər ərzində qazanılan tarixi nailiyyətlər fonunda seçiciləri daha böyük qələbələr naminə qalib Liderə səs verməyə çağırıblar.

Seçicilər isə qeyd ediblər ki, fevralın 7-də xoşbəxt gələcəyimizin təminatçısı cənab İlham Əliyevə səs verəcəklər.

Görüş Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, Oğuz şəhərinin Bəxtiyar Vahabzadə küçəsində və Xaçmaz kəndində yaşayan seçicilərlə məhəlli görüşlər də keçirilib.

DİGƏR Xəbərlər Arxiv