YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hacıqabul rayonunda seçicilərlə növbəti görüş...

2024 – cü fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində  yanvarın 26-da Hacıqabul rayonunun Rəncbər və Qubalıbalaoğlan kəndlərində yaşayan seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, təşviqat qrupunun üzvləri İbadulla Ağayev, Ramiz Həsənov çıxış ediblər. Seçiciləri fevralın 7-də keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağıran natiqlər Azərbaycan xalqının növbəti dəfə sağlam düşüncə əsasında öz vətəndaş mövqelərini nümayiş etdirəcəklərinə əminliklərini ifadə ediblər.

Təşviqat görüşündə iştirak edən seçicilər qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Təşviqat qrupunun üzvləri “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq gün ərzində seçiçilərlə görüşləri davam etdiriblər.

DİGƏR Xəbərlər Arxiv