YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Seçimimiz xalqımızı və dövlətimizi qalib edən Lider İlham Əliyevdir!”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da  Bərdə rayonunun Yeni Daşkənd və Təhli kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşlərdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda həlak olmuş şəhidlərimizin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlər  Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, təşviqat qrupnun üzvləri Qasım Hacıyev, şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova, Birinci Qarabağ müharibəsi iştirakçısı Gəray Əsədov, Aqşin Hacızadə, Elgün Qocamanov, Birinci Qarabağ müharibəsi veteranı Rizvan Qasımov, Nuriyə Əbdürəhmanova, Hümbət Cəbrayılov, Aliyə Zamanova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Görüşlərdə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə  həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edilib. Bildirilib ki,  cənab İlham Əliyev bütün vədlərini yerinə  yetirib, hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib və xalqımızı öz ətrafında dəmir yumruq kimi birləşdirərək qalib xalq, dövlətimizi qalib dövlət etməyi bacarıb.

Natiqlər seçiciləri 7 fevral seçkilərində fəal iştirak etməyə və xalqımızı qalib Lider, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs  verəcəklərini bildiriblər. 

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Görüşdən sonra təşviqat qrupunun üzvləri şəhid Namiq Məmmədlinin ailəsini ziyarət edib, seçicilərlə fərdi görüşlər keçirilib.

DİGƏR Xəbərlər Arxiv