YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mingəçevirlilərin seçimi İlham Əliyevdir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Mingəçevir şəhərinin seçiciləri ilə görüşlər keçirilib.

Görüşlərdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, təşviqat qrupunun üzvləri Cavanşir Yusubov, İranə Həsənova, Nizami İsmayılov, Pərviz Məmmədov çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin güclü, qətiyyətli və müdrik Lider olduğu vurğulanıb. Qeyd olunub ki, məhz bu nöqteyi-nəzərdən cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz üçün gələcək hədəflərin reallaşması müstəsna əhəmiyyət kəsb edir.

Natiqlər bildiriblər ki, gələcək inkişaf konsepsiyasının uğurla icrası üçün növbəti dövrdə də cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi olduqca zəruridir.

Qeyd edək ki, həmin gün Mingəçevir şəhərinin Nəriman Nərimanov, Şah İsmayıl Xətai, Nizami, Təbriz, Yaşar Muradov küçələri və M.Maqomayev prospektində yaşayan seçicilərlə fərdi görüşlər də keçirilib.

DİGƏR Xəbərlər Arxiv