YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarix yazan Lider

Masallıdan olan seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Masallı rayonunun Viləş və Güllütəpə inzibati ərazi vahidinə daxil olan Əmirtürbə, Köhnə Zuvand, Tatyanoba, Yeni Zuvand, Yolağac kəndlərindən olan seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev,  təşviqat qrupu üzvlərindən Qardaş Fətullayev, Bayram Əsgərov, Hikmət Xəlilov, Rövşən Muxtarov çıxış ediblər. Natiqlər seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşlərdə çıxış edən seçicilər Qalib Liderin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs ediblər. Onlar Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin növbəti dəfə əzəmətli qələbə qazanacağına inandıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv