YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərdablılar ölkənin parlaq gələcəyinə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Zərdab rayonunun Yarməmmədbağı və Lələağacı kənd seçiciləri ilə görüş keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan görüşdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, təşviqat qrupunun üzvləri Emil Kamilov, Əhliman Kərimov, Elmin Cəfərli və Mübariz Umarov çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Bütün bunların nəticəsidir ki, xalqımız Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir.

Təşviqat qrupunun üzvləri yeni dövrdə yeni zəfərlər üçün seçiciləri qalib xalqın qalib Lideri olan cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Zərdab rayonunun Gödəkqobu  kəndindən olan şəhid Taleh Əliyevin ailəsi də ziyarət olunub.

DİGƏR Xəbərlər Arxiv