YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parlaq gələcəyimizin təminatçısı

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-də YAP Beyləqan rayon təşkilatının qərargahında və rayonun Təzəkənd kəndində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, təşviqat qrupunun üzvləri Fədayət Rüstəmov, Mətanət Əliyeva, Elvin Məmmədov, Səxavət Məmmədov, Niyaməddin Əsgərov, şəhid valideynləri Əvəz Məmmədov, Ələddin Bayramov, Kəmalə Abbasova, qazilər Rövşən Namazəliyev, Mehman Əliyev, Asim Əliyev, Namiq Qarayev, Qiyas Məmmədli, Səbuhi İbadlı və Elvin İbrahimov çıxış ediblər.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Natiqlər seçiciləri 7 fevralda məntəqələrə gedərək Azərbaycana tarixi Zəfər bəxş etmiş qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, kampaniya çərçivəsində həmçinin Beyləqan rayonunun Təzəkənd kəndində şəhid ailələri ziyarət olunub.

DİGƏR Xəbərlər Arxiv