YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamal rayonunda növbəti görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Yasamal rayonu “H.Cavid prospekti, 520-ci məhəllə” ünvanında yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Elnur Allahverdiyev, təşviqat qrupunun üzvləri Rəna Mirzəzadə, Zahid Cəfərov, Həbib Mirzəyev, Azad Rzayev və Əyyub Kərimov çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı sağlam və möhkəm təməl üzərində Prezident İlham Əliyevin inşa etdiyi güclü və müasir Azərbaycan bir çox taleyüklü problemləri geridə qoyaraq, gələcəyə doğru inamla addımlayan ölkələr sırasında öz layiqli yerini tutub. Sosial-iqtisadi inkişaf, təhsil, mədəniyyət, ümumən dövlət həyatının bütün sahələrində parlaq nailiyyətlər əldə olunub. Görülən işlərin zirvəsi isə heç şübhəsiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasıdır.

Seçicilər isə söyləyiblər ki, onların seçimi ölkəmizə parlaq qələbə bəxş edən, suverenliyimizin bərpasına nail olan qalib Lider İlham Əliyevdir.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Yasamal rayonu H.Hüseynov, Ş.Qurbanov və Ə.Cavad küçələrində yaşayan seçicilərlə məhəllə görüşləri də keçirilib.

DİGƏR Xəbərlər Arxiv