YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətimizin parlaq gələcəyinə səs verək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Biləsuvar rayonunun Ağalıkənd kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid anası Ayna Tağıyeva, təşviqat qrupunun üzvləri Zakir Şahbazov, Mirnəsib Kazımov, Səyalə Şahbazova və Mirhənifə Mirsultanov çıxış ediblər.

Əvvəlcə Ağalıkənd kəndinin mərkəzində şəhidlərin xatirə kompleksi ziyarət olunaraq önünə gül dəstələri düzülüb və xatirələri yad edilib.

Görüş zamanı çıxışlarda vurğulanıb ki, son 20 ildə Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkə iqtisadiyyatı dönməz inkişaf yolu tutub, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Azərbaycan bütün sahələrdə Cənubi Qafqazın Lider dövlətinə çevrilib. Qazandığımız tarixi Zəfərlə regionda yeni reallıqların yarandığını deyən natiqlər dövlətimizin Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacağını vurğulayıblar. 

Natiqlər seçiciləri fəallıq nümayiş etdirməyə, dövlətimizin parlaq gələcəyinə, inkişafına, ölkəmizdəki əmin-amanlığa, bir sözlə, yeni Zəfərlərə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza qalibiyyət sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv