YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Culfa rayonunda seçicilərlə növbəti görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Culfa rayonunun Saltaq və Göydərə kəndlərindən olan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov, təşviqat qrupunun üzvləri Fərəc Fərəcov və Mahir Əsgərov çıxış ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi zəfərlər və uğurlar qazanıb. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu yüksəlib, dünyada strateji əhəmiyyəti artıb. Qeyd edilib ki, xalqımız bizə Zəfər sevincini yaşadan, üçrəngli bayrağımızı Şuşada, Xankəndində və digər rayonlarda ucaldan, suverenliyimizi bərpa edən Müzəffər Ali Baş Komandan İlham Əliyevlə fəxr edir, seçkilərdə qalib Lider kimi onun namizədliyini müdafiə edirlər.

Seçicilər də vurğulayıblar ki, fevralın 7-də mütəşəkkil formada öz səsvermə hüquqlarından istifadə edərək YAP-ın namizədi, qalib Liderimiz İlham Əliyevə səs verəcəklər.

DİGƏR Xəbərlər Arxiv