YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daha güclü Azərbaycan naminə!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Daşkəsən rayonunun Çovdar və Zəylik kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə təşviqat qrupunun üzvü Elşən Alıyev və başqaları çıxış ediblər.

Çıxış edənlər vurğulayıblar ki, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması cənab İlham Əliyevin siyasətinin şah əsəridir. Bu gün Azərbaycan öz nicatını, gələcəyini və inkişafını Prezident İlham Əliyevdə, onun uzaqgörən siyasətində görür.

Natiqlər yeni dövrdə qarşıya qoyulan hədəflərə nail olmaq üçün seçiciləri seçki günü fəal olmağa, qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

DİGƏR Xəbərlər Arxiv