YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dinamik inkişafı təmin edən Lider!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Tərtər rayonunun Zolgörən kəndində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, təşviqat qrupunun üzvləri Məhəbbət Paşayeva, İman Almuradov və Vidadi Məmmədzadə çıxış ediblər.

Çıxış edənlər bildiriblər ki, dövlət başçısının uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu getdikcə artır. Son 20 il ərzində Azərbaycan qüdrətli dövlətə çevrilib.

Natiqlər seçiciləri dövlətimizin dinamik inkişafını təmin edən, ölkəmizi uğurdan-uğura aparan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv