YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“7 fevral seçkiləri “Zəfər” seçkiləri kimi tariximizə yazılacaq!”

Füzuli rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Böyük Bəhmənli, Əhmədbəyli, Mahmudlu-2 kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Əvvəlcə Böyük Bəhmənli kəndində “Şəhidlər Abidəsi” ziyarət edilib.

Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Görüşdə YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, təşviqat qrupunun üzvləri Almaz Həşimova, Rafael Zülfiqarov, Elman Rzayev, şəhid anası Tamella Məmmədova çıxış ediblər. Çıxışlarda qeyd edilib ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımız azad olunmuş ərazilərdə şərəflə dalğalanır. Bu mənada 7 fevral seçkiləri Prezident İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir.

Seçicilər çıxış edərək qalib Lider İlham Əliyevi dəstəklədiklərini bildiriblər.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə sona çatıb.