YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəngərli seçicilərinin yeganə seçimi qalib Liderdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Kəngərli rayonunda seçicilərlə görüş keçirilib.

 Görüşlərdə YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva, təşviqat qrupunun üzvü Ehtimad Məmmədov və digərləri çıxış ediblər. Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə müstəqil ölkəmizdə əldə edilən yüksək inkişaf tempindən danışıblar. Natiqlər seçiciləri qarşıdan gələn prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər qalib Liderin siyasətini hamılıqla dəstəklədiklərini, 7 fevral tarixində seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.