YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeronda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Abşeron rayonunda seçicilərlə növbəti  görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Görüşdə YAP Abşeron  rayon təşkilatının sədri Abbas Əliyev, təşviqat qrupunun üzvləri  Təyyubə Hüseynova və Azər İsmayılov çıxış ediblər.

Natiqlər bildiriblər ki, prezident seçkilərinin keçirilməsi ölkəmizi parlaq gələcəyə aparan yolda növbəti uğurlu addımdır. Xalqımız müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edəcək seçkilərə qatılaraq Azərbaycanın xoşbəxt gələcəyinə - ərazi bütövlüyümüzü bərpa edən Müzəffər Ali Baş Komandan İlham Heydər  oğlu Əliyevə səs verəcək.

Seçicilər də Azərbaycanın Bayrağını Şuşada, Xankəndində ucaldan cənab İlham Əliyevi dəstəkləyəcəklərini vurğulayıblar.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.    

Qeyd edək ki,  təşviqat qrupunun üzvləri  “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq, rayonun qəsəbə və kəndlərində də görüşlər keçiriblər.