YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkəsəndə seçicilərlə növbəti görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Daşkəsən rayonunun Alunitdağ qəsəbəsində və Gurbulaq kəndində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, təşviqat qrupunun üzvü Elşən Alıyev, şəhid atası Vaqif İsrafilov və başqaları çıxış ediblər.      Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində ölkəmiz və xalqımız hədəflərinə çatıb. Bütün sahələrdə inkişaf əldə olunub, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. Bütün bunlarla yanaşı cənab İlham Əliyevin Liderliyi ilə xalqımızı və ölkəmizi daha da parlaq gələcək gözləyir.

 Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də parlaq gələcək naminə qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.