YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanı güclü ölkələr sırasına çıxaran güclü Lider

Gəncə şəhərində seçicilərlə növbəti görüşlər keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Gəncə şəhərində seçicilərlə növbəti görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, təşviqat qrupunun üzvləri Həsən Həsənov, Şahnaz Haşımova, Çinarə Səfərova, Eldar Zeynalov və başqaları çıxış ediblər. Çıxışlarda bildirilib ki, bu il ölkəmiz üçün ən mühüm siyasi hadisə fevralın 7-də keçiriləcək prezident seçkisidir. Bu, Azərbaycanın milli dövlətçilik tarixi üçün çox mühüm əlamətdarlıq kəsb edir. Bu seçki ilə dövlətçilik tariximizdəki müəyyən bir dövrə yekun vurulur və gələcək inkişaf baxımından çox strateji bir mərhələ başlanır. Müstəqillik tariximizdə ilk dəfə olaraq prezident seçkisi ərazi bütövlüyü bərpa olunmuş Azərbaycanın hər yerində keçiriləcək. Bütün ərazilərimizdə seçki məntəqələri yaradılacaq. Azərbaycan vətəndaşlarının ölkənin hər yerində səsvermə hüququ təmin ediləcək.

Natiqlər belə bir əminlik ifadə ediblər ki, xalqımız 20 il əvvəl olduğu kimi fevralın 7-də də Azərbaycanı, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasına çıxaran güclü Liderə, Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklər.

Seçicilər də öz növbəcində diqqətə çatdırıblar ki, 7 fevralda seçki məntəqələrinə gedərək səslərini xalqın namizədi İlham Əliyevə verəcəklər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin sədaları altında başa çatıb.