YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderlə daha böyük uğurlara doğru!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Ağstafa rayonunun Heydər Əliyev Mərkəzində seçicilərlə görüş keçirilib.

Görüşdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbir zamanı YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Milli Məclisin deputatı Nizami Cəfərov, təşviqat qrupunun üzvləri Həcər Namazova, İmran Nəsibov, Ləman Cəlilova, Sahib Salıfov, Xuraman Əzimova, Məmməd Məmmədov, Səbinə İsgəndərli, Asif Qənbərov, Alı Mehdiyev, Azər Məmmədov, Şəfəq Heydərli, Şəfəq Cəlilova, partiya fəalları Lalə Dəmirçiyeva və Zülqaydə Namazova çıxış ediblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər  Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.  Dövlətimizin qazandığı Zəfərlə regionda yeni reallıqların yarandığını deyən natiqlər Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacağını vurğulayıb.

Onlar seçiciləri fevralın 7-də müstəqil Azərbaycanın firavanlığı naminə qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də fəal olacaqlarını, seçki məntəqələrinə gedərək dövlətimizin parlaq gələcəyi, yeni zəfərlər naminə cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, həmçinin rayonun Həsənsu, Düzqışlaq, Qıraq Kəsəmən kəndlərində də seçicilərlə görüş keçirilib.