YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazanılan nailiyyətlərin müəllifi...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Mingəçevir və Kürdəmir şəhərlərində məskunlaşmış cəbrayıllı seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Görüşlərdə Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirlərdə  YAP Cəbrayıl rayon  təşkilatının sədri Arif Fərzəliyev, Milli Məclisin deputatı Ceyhun Məmmədov və başqaları çıxış ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin daxili və xarici siyasəti gələcək uğurlarımız üçün əsl mayak rolunu oynayır. Bu strategiya dövlətimizin təkcə bu günü deyil, gələcək nailiyyətləri üçün də əvəzsiz töhfədir. Son 20 ildə qazandığımız nailiyyətlər tarixi reallıqdır. Dövlət başçısı İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində Azərbaycan sürətli inkişafa nail olub, vətəndaş cəmiyyətinin formalaşdırılması, təhsil və səhiyyə sahələrində mühüm uğurlar əldə edilib.

Seçicilər Prezident İlham Əliyevin Azərbaycanı uğurlu gələcəyə aparan, dövlətimizi və xalqımızı dünyada yüksək səviyyədə təmsil edən güclü Lider olduğunu bildiriblər.

Tədbirlər Yeni Azərbaycan Partiyasının Himni ilə başa çatıb.