YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədidə seçicilərlə görüş davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Ağcabədi rayonunun Rəncbərlər və Hüsülü kənd seçicilərilə görüş keçirilib.

Görüşlərdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, təşviqat qrupunun üzvləri Mahir Səlimov, Sevinc Quliyeva, Gülşən Həsənova çıxış ediblər.

Görüşdə çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyev qalib xalqın qalib Lideridir. Vurğulanıb ki, Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin 20 illik fəaliyyəti ərzində ölkəmizin qazandığı uğurlar Azərbaycanı dünyada hörmət edilən, söz sahibi olan dövlətə çevirib.

Natiqlər Azərbaycan Respublikasının bundan sonra da demokratik dövlət quruculuğu, sabit iqtisadi və sosial inkişaf yolu ilə irəliləyəcəyinə inamlarını ifadə ediblər.

Seçicilər isə bu inkişafın, bu uğurların davamına-cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.