YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişli rayonunda seçicilərlə növbəti görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də İmişli rayonunun seçiciləri ilə görüşlər keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid atası Nizami Səfərov, təşviqat qrupunun üzvləri Novruz Quliyev, Əlimirzə Şirinov, Zahidə Əliyeva, Səbuhi Mürsəliyev və İsrafil Məmmədov çıxış ediblər. Çıxışlarda bildirilib ki, cənab İlham Əliyev ötən müddət ərzində öz əməli fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiq edib və ən əsası 30 ilə yaxın müddət ərzində işğal altında qalmış tarixi torpaqlarımızı düşmən tapdağından azad edib. 

Natiqlər seçiciləri Yeni Azərbaycan  Partiyasının Sədri İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqəərinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.