YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səsimiz cənab İlham Əliyevədir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Yasamal rayonunda seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Elnur Allahverdiyev, təşviqat qrupunun üzvləri Rəna Mirzəzadə, Rasim Nəbiyev, Nuru Məmmədov, İradə Hüseynova və Sahib Hüseynov çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən parlaq səhifəsi Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpasıdır. Bu, Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin böyük siyasətinin real nəticəsidir.

Bildirilib ki, ilk dəfə olaraq ölkəmizin bütün ərazisində keçiriləcək 7 fevral seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və ölkəmizin parlaq gələcəyinin təminatçısı olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün Yasamal rayonu “Yeni Yasamal 2, bina 2/4”, “Ü.Əkbərov küçəsi 115A”, “İ.Qutqaşınlı küçəsi küçəsi 24/15”, “2-ci Alatava yaşayış massivi”, “M.T.Şahbazi küçəsi 99”, “K.Kazımzadə küçəsi 62” və “Ə.Cəmil küçəsi 41” ünvanlarında yaşayan seçicilərlə fərdi görüşlər də keçirilib.