YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Möhtəşəm siyasi kursun uğurlu nəticələri

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Beyləqan şəhəri Mədəniyyət Mərkəzində və rayonun Şitilçilik qəsəbəsində yaşayan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanən Dövlət Himni səsləndirilib.

Görüşlərdə YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, təbliğat qrupunun üzvləri Niyazi Əsgərov, Etibar İmanov və Bayram Muradov çıxış ediblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Natiqlər seçiciləri, o cümlədən  gəncləri 7 fevral tarixində məntəqələrə gedərək Azərbaycana Zəfəri bəxş etmiş Ali Baş Komandan İlham Əliyevə səs verməyə çağırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.