YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizi uğurdan-uğura aparan Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Biləsuvar rayonunun Amankənd kəndində və “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq “Heydər Əliyev küçəsi 23 ünvanında” seçicilərlə, eləcə də Əliabad kəndinin şəhidləri Səməd Kərimli və Rahət İsayev, Xırmandalı kəndinin şəhidi Elvin Məmmədovun ailəsi ilə görüş keçirilib.

Görüşlərdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid anası Ayna Tağıyeva, təşviqat qrupunun üzvləri Balaqardaş Kazımov, Bəhruz Əliyev, Aqşin Qasımov və Mirhənifə Mirsultanov çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, Azərbaycanın son 20 ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, Prezident İlham Əliyevin müdrik siyasətinin bariz nümunəsidir. 

Natiqlər vətəndaşları dövlətimizin dinamik inkişafını təmin edən, ölkəmizi uğurdan-uğura aparan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin uğurlu fəaliyyətindən söz açaraq fevralın 7-də keçiriləcək seçkilərdə qalib Liderə səs verəcəklərini bildiriblər.