YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lənkəranlıların seçimi bəllidir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Lənkəran şəhərinin Mədəniyyət Mərkəzində Nizami Gəncəvi, Hənifə Abdullayev və Koroğlu küçələrində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, təşviqat qrupunun üzvləri Hadı Rəcəbli, Mənsur Ağayev, Şakir Qasımov və şəhid xanımı Gülay İsmayılova çıxış ediblər.

Ərazi bütövlüyümüz və dövlət suverenliyimiz təmin olunduqdan sonra keçirilən bu seçkinin əhəmiyyəti barədə danışan natiqlər bildiriblər ki, ölkəmizin beynəlxalq arenada söz sahibi olan dövlətə çevrilməsində Prezident İlham Əliyevin misilsiz rolu var. Qeyd olunub ki, dövlət başçısının rəhbərliyi ilə Azərbaycan ötən 20 il ərzində bütün sahələrdə mühüm uğurlar əldə edib. Natiqlər seçiciləri 7 fevralda qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib. 

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Lənkəran şəhərində məhəlli görüşlər də keçirilib.