YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya miqyaslı siyasi Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Binəqədi rayonunda seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, təşviqat qrupunun üzvləri Vaqif Şadlinski, Bəhram Şiriyev, Fikrət Əliyev çıxış ediblər. Çıxışlarda bildirilib ki, dövlət başçısı İlham Əliyevin uğurlu və məqsədyönlü siyasətistrategiyası ilə Azərbaycan dünya dövlətləri içərisində layiqli yerini tutub, beynəlxalq nüfuzu və mövqeyi daha da artıb, xalqın rifah halı yüksəlib. Məhz bu istiqamətdə görülən işlərin, həyata keçirilən islahatların davam etməsi ilə dövlətimiz daha da inkişaf edəcək, daha böyük nailiyyətlərə imza atacaq.

Natiqlər qeyd ediblər ki, bu səbəblərdən seçicilər seçkilərdə fəal olmalı və cənab İlham Əliyevin siyasi kursunun davam etməsinə səs verməlidirlər.

Seçicilər bildiriblər ki, fevralın 7-də keçiriləcək seçkilərdə dünya miqyaslı siyasi Lider İlham Əliyevə səs verəcəklər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Xocasən qəsəbəsində yaşayan seçicilərlə də görüşüb.