YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxlular Azərbaycanın xoşbəxt gələcəyinə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Samux rayonunun Əhmədbəyli, Çobanabdallı və Qarabağlılar kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev, Milli Qəhrəman Elton İsgəndərovun atası Xaləddin İsgəndərov, təşviqat qrupunun üzvləri Məhəbbət Həsənova, Rəhim Məmmədov, Maviyyə Həsənova, Gəray Bayramov, Nuranə Həsənova, Azər Əhmədov, Ramazan Məmmədov, Məhəbbət Həsənova, Namiq Cəfərov və Fidayıl Əliyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, son 20 ildə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasət nəticəsində Azərbaycan böyük uğurlar qazanıb. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ölkəmiz tarixi Zəfəri ilə regionda yeni reallıqlar yaradıb. Azərbaycan möhtəşəm nailiyyətlərə doğru inamla addımlayır.

Natiqlər əminliklə ifadə ediblər ki, xalqımız 7 fevral prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevə səs verməklə Azərbaycanın xoşbəxt gələcəyini təmin edəcək.

Seçicilər də öz növbəsində Azərbaycanı Zəfər zirvəsinə yüksəldən Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcəklərini bəyan ediblər.

Qeyd edək ki, həmin gün rayonun müxtəlif ərazilərində seçicilərlə fərdi görüşlər də keçirilib.