YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderlə yeni hədəflərə doğru

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Yardımlı rayonunda ilk dəfə səs verən gənclərlə, eləcə də Şıxlar kəndində və şəhərin R.İsmayılov küçəsində  seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, təşkilatın sədr müavini Maqsud Şabiyev, təşviqat qrupunun üzvləri Qabil Ağayev, Balamir Adiyev, Azər Əkbərov və şəhid atası Ədalət Qarayev çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası böyük tarixi nailiyyətdir.  Qeyd olunub ki, sarsılmaz birlik, xalqın öz Liderinə sonsuz inamı Azərbaycanın qazandığı bütün uğurların dayaq nöqtəsini təşkil edir.

Natiqlər ölkənin tərəqqisi, gələcək inkişafı və firavanlığı naminə qarşıdan gələn prezident seçkilərində hər kəsi cənab İlham Əliyevi dəstəkləməyə çağırıblar.