YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər seçkiləri yeni qələbələrin başlanğıcı olacaq

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Qusar rayonunun Gedəzeyxur, Bədişqala və Gündüzqala kənd seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, yerli təşviqat qrupunun üzvü General Sadulov, şəhid qardaşı Şadman Məmmədəliyev çıxış ediblər. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir.

Natiqlər seçiciləri fevralın 7-də müstəqil Azərbaycanın firavanlığı naminə qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar. Diqqətə çatdırılıb ki, bu, həm bizim tarixi Zəfər seçkilərimiz, həm də xalqımızın cənab İlham Əliyevə inamının  əyani ifadəsi olacaq.

Seçicilər səsvermə günü xalqın etimadını qazanan Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.