YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Verilən vədlər yerinə yetirilib

Şəki rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Şəki rayonunun Şəki və Suçma kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, sədr müavini Ziya Vəliyev, təşviqat qrupunun üzvləri Rəşid Hüseynov, Cəsarət Baxışov, Kərim Xudiyev, Xanlar Ağabəyov çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, Azərbaycanın müstəqillik tarixində bir sıra əlamətdar günlər var ki, onlar tarixə qızıl hərflərlə yazılacaq və daim xatırlanacaq: “Məhz bu kimi əlamətdar günlər sırasına 7 fevral prezident seçkiləri də daxil olacaq. Çünki ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək “Zəfər seçkisi”ndə Azərbaycan xalqı artıq işğal və seperatizm problemi olmadan, eləcə də müstəqillik tarixinin ən güclü dövrünü yaşayaraq siyasi iradəsini ortaya qoyacaq”.

Natiqlər əlavə ediblər ki, qarşıdakı dövrdə də Prezident İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan bütün  sahələrdə daha möhtəşəm nailiyyətlər qazanacaq.

Seçicilər isə bildiriblər ki, fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider İlham Əliyevə səs verəcəklər.