YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq bu dəfə də doğru seçim edəcək

Zərdab rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Zərdab rayonunun Gəlmə, Salahlı, Əlibəyli, Allahqulubağı, Məmmədqasımlı və Gödəkqobu kənd seçiciləri ilə görüş keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə YAP Zərdab rayon təşkilatının sədr müavini Ələkbər Kərimov, Vətən müharibəsi şəhidi mayor Rəhim Hüseynovun atası Qədir Hüseynov, təşviqat qrupunun üzvləri Əhliman Kərimov, Neman Yediyarov və Elmin Cəfərli çıxış ediblər.

Diqqətə çatdırılıb ki, prezident seçkiləri ilk dəfə olaraq ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycanın bütün ərazilərində keçiriləcək. Qeyd olunub ki, Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru, düzgün seçim edəcək.  Xalqın etimadını qazanan, vədinə sadiq Lider cənab İlham Əliyevə səs verəcək.

Seçicilər də çıxışlarında fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər. 

Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Zərdab rayonunun Körpükənd kəndində Vətən müharibəsi şəhidi İlkin Ağayevin ailəsi də ziyarət olunub.