YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanı dünyada güclü və qalib ölkə kimi tanıdan Lider

Şuşalı seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da  İsmayıllı rayonunda və Abşeron rayonu Fatmayı qəsəbəsində məskunlaşmış şuşalı seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev və təşviqat qrupunun üzvləri Leyla Babışova, Cəlal Məmmədov və  Zəfər Əhmədzadə  çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz bərpa olunandan sonra Azərbaycan  yeni tarixi mərhələyə qədəm qoyub. Xalqımız 2024-cü il fevralın 7-də prezident seçkilərində yenidən qalib Prezidentinə yekdilliklə səs verməklə daha böyük hədəflərə doğru inamla addımlayacaq.

Seçicilər  bildiriblər ki, Azərbaycanı sevən hər bir vətəndaşın tərəddüdsüz seçimi qalib Lider İlham Əliyevdir.  “Əziz Şuşanın xilaskarına səs verəcəyik” ,- deyə əminliklə ifadə olunub.

Görüş Yeni Azərbaycan Partiyasının  Himninin səsləndirilməsi ilə başa çatıb.