YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xilaskar, Qalib və Qurucu Liderlə irəli!

Bərdə rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Bərdə rayonunda Zümürxan, Çəmənli, İmamqulubəyli, Qaradəmirçi, Lək və Qazıqurdalı kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, Milli Məclisin deputatı Fatma Yıldırım, təşviqat qupunun üzvləri - Elməddin Əsgərxanov, Aqşin Hacızadə, şəhid Asif Abışovun anası İsbət Hətəmova, şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova, Birinci Qarabağ müharibəsi iştirakçısı Gəray Əsədov çıxış ediblər.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və xalqımızı qalib xalq, dövlətimizi qalib dövlət edən Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan Müzəffər sərkərdə İlham Əliyevə səs  verəcəklərini bildiriblər. 

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

 Görüşdən sonra təşviqat qrupunun üzvləri şəhid Asif Abışovun ailəsində olub, təşviqat işi evlərdə davam etdirilib.