YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Siyəzən seçiciləri Böyük Qayıdışın müəllifi İlham Əliyevi dəstəkləyir!”

Siyəzən rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da  Siyəzəndə seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin komitə sədri Sadiq Qurbanov və təşviqat qrupunun üzvü Fuad Hacızadə çıxış ediblər.

Çıxışlarda prezident seçkilərinin əhəmiyyətindən bəhs edərək vurğulanıb  ki, bu seçki müstəqil dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Natiqlər Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətindən bəhs edilib.

Natiqlər seçiciləri qarşıdan gələn 7 fevral prezident seçkilərində qalib xalqın, Qalib Lideri, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.

Seçicilər isə fevralın 7-də xalqımıza Zəfər bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səs  verəcəklərini qeyd ediblər. 

DİGƏR Xəbərlər Arxiv