YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımız qalib Liderin ətrafında sıx birləşərək daim böyük uğurlara imza atacaq!

Lerik rayonunun Orand kəndində yaşayan seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30–da Lerik rayonunun Orand kəndində  yaşayan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Görüşdə YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, təşviqat qrupunun üzvləri Elxan Qənbərov  və  Veysəl Məlikov çıxış ediblər. Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak edərək uğurlarımızın davamı, yeni zirvələri fəth etmək üçün YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, Lerikdə seçicilərlə fərdi görüşlər də keçirilib.