YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderlə davamlı tərəqqi və uğura doğru!

Şabran rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Şabran rayonunun Ağalıq və Dağbilici kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, təşviqat qrupunun üzvü Təvəkgül Əliyev, şəhid atası Əhliman Aslanov və Vətən Müharibəsi qazisi Zahid Qafarov çıxış ediblər. Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın Qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.