YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər seçkilərində qalib Liderə səs verək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Bərdə rayonunda Samux və Şahvəlilər kənd seçiciləri ilə görüşlər keçirilib.

Görüşlərin hər biri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Bərdə rayon təşkilatının sədr müavini Elməddin Əsgərxanov, Milli Məclisin deputatı Fatma Yıldırım, təşviqat qrupunun üzvləri - şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova, Aqşin Hacızadə, Birinci Qarabağ müharibəsi iştirakçısı Gəray Əsədov və başqaları çıxış ediblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrdə fəaliyyəti həmişə ölkəmizə uğur və müsbət nəticələr qazandırıb. Bu müddətdə Azərbaycanın dövlət büdcəsi 30 dəfə, ÜDM 4 dəfə artıb, yüz minlərlə yeni iş yeri yaradılıb. Regionların sosail-iqtisadi inkişafı göz qabağındadır, infrastruktur yenilənib.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər. 

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Sonra təbliğat işi seçicilərlə fərdi görüşlər qaydasında davam etdirilib.