YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın bütövlüyünü təmin edən Lider

Zərdab rayonunun Gəlmə kəndində və Bəyimli qəsəbəsində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Zərdab rayonunun Hüseynxanlı, Xanməmmədli, Gəlmə kəndlərində və Bəyimli qəsəbəsində seçicilərlə görüş keçirilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan görüşlərdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, şəhid atası Qədir Hüseynov, təşviqat qrupunun üzvləri Müşfiq Heybətov, Sevinc Məmmədova və Zemfira Eyvazova çıxış ediblər.

Çıxışçılar Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyi naminə həyata keçirdiyi misilsiz xidmətlərdən, həmçinin, ölkədə, xüsusilə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda görülən quruculuq-abadlıq işlərindən və cəmiyyətimiz üçün bir sıra önəmli hadisələrdən danışıblar. Bu hadisələrdən ən önəmlisi Qarabağda həyata keçirilən antiterror tədbirləri nəticəsində erməni separatizminin kökünün kəsilməsi və Azərbaycanın suverenliyinin bərpa olunmasıdır.

Öz növbəsində çıxış edən seçicilər Azərbaycanın bütövlüyünü təmin edən qalib Lider İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.