YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubalıların seçimi bəllidir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Quba rayonunun Qımılqışlaq kəndində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə təşviqat qrupunun üzvləri Elxan Məhərrəmov, Laçın Səfərəliyev və Namiq Hümbətov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, son 20 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı artıb. Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır.

Təşviqat qrupunun üzvləri seçiciləri 7 fevral tarixində keçiriləcək səsvermə prosesində fəal iştirak etməyə, qalib xalqın qalib Liderinə səs verməyə çağırıblar.

Seçicilər isə Zəfər zirvəsini fəth etməklə Azərbaycanın şanlı tarixini yazan cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.