YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qələbələrə davam!

Qax rayonunda seçicilərlə görüşlər davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Qax şəhərinin, o cümlədən rayonun Qaşqaçay, Armudlu və Aşağı Malax kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Görüşlərdə YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, təşviqat qrupunun üzvləri Fəridə Babayeva və Rahin Əliyev çıxış ediblər.

Natiqlər son 20 ilin Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olduğunu, fevralın 7-də keçiriləcək “Zəfər seçki”sinin isə ərazi bütövlüyü bərpa olunan Azərbaycanın şanlı tarixinə daha bir möhtəşəm uğur kimi yazılacağını deyiblər.

Görüşdə iştirak edən seçicilər isə fevralın 7-də qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.